Xaçmazda avtomobilin körpüdən aşaraq çayın dərəsinə düşməsi nəticəsində ölənlərin sayı artıb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz şəhərinin giriş hissəsində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkətdə olan “BMW” markalı minik avtomobili Ağçayın üzərindəki körpünün məhəccərini qıraraq çay dərəsinə düşüb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Bayramov Vüsal Tahir oğlu, sərnişinlər 1983-cü il təvəllüdlü Mənsumov Samir Pirverdi oğlu və Anar Məmmədov hadisə yerində həlak olublar.
Hadisə zamanı avtomobildə digər şəxslərin olub-olmadığını müəyyən etmək məqsədi ilə qəza baş verən ərazidə axtarış işləri davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır.jpg)























































