Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə mikroavtobus yük maşınına çırpılıb, xəsarət alanlar var

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var.

Hadisə Bakı-Qazax əsas magistral yolunun 171 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmirin Karrar kənd sakini Cəlilov Anar Xanalı oğlunun idarə etdiyi "Ford Ttansit” markalı mikroavtobus rayon istiqamətində hərəkətdə olarkən İmişli rayon sakini Mürfət Ağayevin idarə etdiyi DAF markalı yük maşınına çırpılıb. Nəticədə “Ford”da olan sərnişinlər - rayonun Karrar kənd sakinləri, 1952-ci il təvəllüdlü Dadaşova Cəmilə Ziyafəddin qızı və 1977-ci il təvəllüdlü Cəfərov Azər Abdul oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az