İngiltərədə bir ailə lüks elektrik avtomobili evlərinin qarşısında şarj edərkən maşın partlayıb.
Ölkə.az xəbər verir ki, Skott və Corcina Baylis cütlüyünün EQA model avtomobili evin qarşısında əvvəlcə yanmağa başlayıb, daha sonra isə partlayıb.
Yanğın qısa zamanda qaraja keçib və evin ön hissəsində yerləşən yataq otağını tüstü basıb.
Mütəxəssislər 2022 model avtomobilin akkumulyatorunda 'termal sızma' olduğunu düşünürlər. “Mersedes-Benz”in Böyük Britaniya sözçüsü hadisəni araşdırdıqlarını və ailəyə müvəqqəti avtomobil veriləcəyini açıqlayıb. Ailə isə bir daha “Mersedes” sürmək istəmədiklərini bildirib.
Maşının ümumi dəyərinin 50 min funt-sterlinq (təxminən 110 min AZN) olduğu bildirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































