Britaniyanın "BAE Systems" müdafiə şirkətinə məxsus "Devonshire Dock Hall" gəmiqayırma zavodunda yanğın baş verib. "Azərbaycanpolisi.az" "Oxuməni.az"-a istinadən xəbər verir ki , oktyabrın 30-u çərşənbə günü İngiltərənin şimal-qərbindəki Barrou-in-Furness şəhərində gəmiqayırma zavodunda gecə yarısından sonra yanğin baş verib. Gəmiqayırma zavodu Britaniya nüvə sualtı qayıqlarını tikir.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və yanma məhsulundan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Gəmiqayırma zavodunda olan bütün insanlar təxliyə edilib, yerli sakinlərə qapı və pəncərələri bağlamaq, mümkünsə çölə çıxmamaq tövsiyə olunub.
Polis əlavə edib ki, nüvə hadisəsi riski yoxdur. "BAE Systems" yanğını söndürmək üçün təcili yardım xidmətləri ilə əməkdaşlıq etdiyini bildirib.
Londondan 350 km şimal-qərbdə yerləşən gəmiqayırma zavodu 150 il əvvəl tikilib. Hazırda Britaniya Kral Donanması üçün bir neçə nüvə sualtı qayıqları inşa edir. Söhbət "Astute" və "Dreadnought" sinfinə aid sualtı qayıqlardan gedir.
"BAE Systems" dünyanın ən böyük silah istehsalçılarından biridir .Məhsullarının siyahısında tanklar və döyüş təyyarələri də var .
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































