"Azərbaycanpolisi.az"-ın "Oxuməni.az"-a istinadən verdiyi məlumata görə, çərşənbə axşamı güclü yağışların daşqınlara səbəb olduğu İspaniyanın Valensiya bölgəsində bir neçə cəsəd tapılıb.
“Biz bəzi cəsədlərin tapıldığını təsdiqləyə bilərik” deyən regional hökumət başçısı Karlos Mazon, qurbanların sayını açıqlamadan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hakimiyyət orqanları həlak olanların yaxınlarına xəbər verməyincə daha ətraflı məlumat verə bilməz.
İspaniyanın şərqində və cənubunda yağan güclü leysan yağışları bir çox əraziləri su altında qoymuş, dəmir yolu və hava əlaqəsi kəsilmişdir.
Bir gün əvvəl Valensiya və cənub-şərqdəki Albasete əyalətində azı 7 nəfərin itkin düşdüyünü bildiriblər. Çərşənbə günü gecə təcili yardım işçiləri dronlardan istifadə edərək onları axtarıblar.
Valensiya Bələdiyyəsi məktəb dərslərinin və idman tədbirlərinin ləğv ediləcəyini və şəhər parklarının bağlı qalacağını söyləyib.
İspaniyanın Baş naziri Pedro Sançez itkin düşmüş insanlarla bağlı xəbərləri narahatlıqla izlədiyini söyləyib və sakinləri "lazımsız səyahətlərdən çəkinməyə" çağırıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































