ABŞ Səhiyyə Departamenti McDonald's Royal Cheeseburgers istehlakı ilə bağlı kütləvi zəhərlənmə barədə məlumat verib. Oktyabrın 22-si axşam saatlarına olan məlumata görə, zəhərlənənlərin sayı 49 nəfərdir. Xəstələrdən biri dünyasını dəyişib. 10 nəfər tibb müəssisələrinə yerləşdirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, ölən Koloradodan olan yaşlı kişidir. Xəstəxanaya yerləşdirilənlər arasında bir uşaq da var, onun vəziyyəti ağırdır.
Kanzas, Missuri, Nebraska və Viskonsin də daxil olmaqla on ştatda yoluxma halları sentyabrın 27-dən oktyabrın 11-dək qeydə alınıb. Koloradoda 27, Nebraskada 9 nəfər burgerdən zəhərlənib. Bütün xəstələr zəhərlənmənin ilk əlamətləri görünməzdən əvvəl McDonald's-da yemək yediklərini bildiriblər.
Zəhərlənmə halları ilə əlaqəli spesifik tərkib hissəsi hələ müəyyən edilməmişdir. Associated Press yazır ki, restoranlar şəbəkəsi təsirlənmiş ştatlardakı mağazalardan Kral Çizburgerinin hazırlanmasında istifadə edilən doğranmış soğan və mal əti köftələrini yığışdırıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































