Göyçayda 7 otaqdan ibarət ikimərtəbəli evdə yanğın olub.
“Report” xəbər verir ki, hadisə rayonun Zakir Nəcəfov küçəsində, 62 yaşlı Rövşən Fərrux oğlu Əhmədova məxsus olan fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 384 kvadratmetr olan evin ikinci mərtəbəsində 192 kvadratmetr sahəni əhatə edən 3 otaq və dam örtüyü yanar konstruksiyaları ilə birlikdə alışıb.
Hadisə yerinə FHN-in Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb, evin birinci mərtəbəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə edilib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































