Feldkirhdən (Avstriya) 37 yaşlı avstriyalı içki içməkdən qurtulmaq və depressiyaya qalib gəlmək üçün dörd və ya beş qurudulmuş psilosibin halüsinogen göbələk yeyib, lakin narkotik qəbul etdikdən sonra penisinin bir hissəsini kəsib. Bu hadisə “Mega Journal of Surgery”-də təsvir edilmişdir.
Göbələklərin təsirindən az sonra kişi balta ilə cinsiyyət orqanını dörd hissəyə bölüb, sonra təşviş içində kötüyü parça ilə bağlayıb və kəsilmiş parçaları bankaya qoyub.
Çaşqın və qan içində o kömək axtarmağa gedib, hadisədən təxminən beş saat sonra yoldan keçən bir nəfər onu tapıb və yaxınlıqdakı kəndə apararaq təcili yardım çağırıb.
Əhəmiyyətli miqdarda qan itirən və vəziyyəti ağır olan xəstə təcili əməliyyata götürülüb, burada hesabata görə, həkimlər makroskopik olaraq penisin ucunu və gövdənin 2 sm hissəsini yenidən birləşdirərək xilas edə biliblər, cinsiyyət orqanının 5 cm hisəsini saxlamaq mümkün olmayıb.
Həkimlər “Mega Journal of Surgery” adlı ixtisaslaşdırılmış jurnaldakı məqalələrində "Hadisədən dörd ay sonra adam yenidən yaxşı sidik axını və ereksiyaya sahib oldu" yazır.
Psixotik simptomlar və dini hezeyanlar nümayiş etdirməyə davam etdiyi üçün kişi intensiv psixiatriya şöbəsinə yerləşdirilib və ona dərman veriblər.
Psilosibin 200-dən çox göbələk növündə tapılan təbii olaraq meydana gələn psixodelik ön dərman birləşməsidir.
Orqanizm qəbul edildikdən sonra psilosibini psilosinə çevirir, psixoaktiv xüsusiyyətlərə malik kimyəvi maddə hallüsinasiyalara səbəb ola bilir, insanın dünyanı qavrayışını və emosional vəziyyətini dəyişir.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































