Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətindən “Yeni Sabah”a bildirilib ki, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb.
Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.
Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































