Rusiyada Omsk məhkəməsi əvvəllər aviabazada “Mi-8” helikopterini yandırdıqlarına görə saxlanılan iki 16 yaşlı yeniyetməni həbs edib. “RİA Novosti” bu barədə Omsk vilayəti məhkəmələrinin mətbuat xidmətinin teleqram kanalına istinadən xəbər verir.
Yeniyetmələr terror aktı törətməkdə ittiham olunurlar. Onların hər biri iki ay müddətinə həbs edilib. Onlar noyabrın 21-dək istintaq təcridxanasında qalacaqlar.
Bundan əvvəl məktəblilərin hərbi hava bazasına gizlicə girərək helikopterə “Molotov kokteyli” ataraq qaçdıqları bildirilirdi. Tezliklə onlar polis tərəfindən saxlanılıb. Helikopterin bütün ön hissəsi tamamilə yanıb. “Shot”un sözlərinə görə, helikopter artıq istismardan çıxarılıbmış.
İddia olunur ki, məktəbliləri messencerlərdən birində onlarla əlaqə saxlayan müəyyən “Ukraynalı kuratorlar” yandırmağa razı salıblar. Onlar yeniyetmələrə 20 min dollar (34000 manat) verəcəklərini vəd ediblər. Lakin məktəblilər helikopteri yandırdıqdan sonra “kuratorlar” əlaqəni kəsərək yazışmaları siliblər.
Sentyabrın əvvəlində oxşar hadisə Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində də baş vermişdi. O zaman 13 və 14 yaşlı iki yeniyetmə hava limanına daxil olaraq orada dayanan mülki “Mi-8” helikopterini yandırmışdılar. Bildirilir ki, onlarla “Telegram” messencerində naməlum şəxslər də əlaqə saxlayıb və yanğın üçün külli miqdarda pul vəd ediblər.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































