İki məktəbli gizlin olaraq Yamaldakı Noyabrsk hava limanındakı helikopter meydançasına daxil olublar. “Lenta.ru” “Baza”ya istinadən xəbər verir ki, onlar helikopteri tez alışan maye ilə səpərək siqaretlə yandırmağa cəhd ediblər.
İlk cəhd uğursuz olub - helikopter alovlanmayib. Amma uşaqlardan biri ikinci siqareti yandıranda partlayış baş verib.
Mi-8 helikopteri demək olar ki, tamamilə yanıb. Yeniyetmələr yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. İndi onlar mühafizə altındadırlar.
Yeniyetmələrin 13 və 14 yaşı var. Onlar hava limanına hasardakı dəlikdən daxil olublar. Onlar “Telegram” vasitəsilə helikopteri yandırmaq tapşırığını alıblar. Bunun üçün onlara 5 milyon rubl (93460 manat) vəd edilib, nəşr yazır.
Bir neçə gün əvvəl həmin uşaqlar mobil telefon qülləsini yandırıblar. Bunun üçün onlara 300.000 rubl (5600 manat) ödənilib.
Jurnalistlərin sözlərinə görə, məktəblilərdən birinin atası indi Ukraynadakı muharibədə iştirak edir.
14 yaşlı gəncə real cəza verilə bilər. 13 yaşlı oğlan yaşına görə cinayət məsuliyyətindən yayınacaq, lakin çox güman ki, onu məcburi maarifləndirmə tədbirləri (xəbərdarlıq, valideyn nəzarətinə keçirmək, asudə vaxtının məhdudlaşdırılması) gözləyir.
Hər ikisi yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyata alınacaqlar.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































