Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb

Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb

Hindistanın mərkəzi Uttar-Pradeş ştatında sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 15 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ştat polisindən məlumat verilib.

Qeyd olunub ki, hadisə avtobus Hatrasdan Aqraya gedən zaman baş verib.

Belə ki, sərnişin avtobusunun sürücüsü ötmə əməliyyatı edən zaman digər nəqliyyat vasitəsi ilə toqquşub.

Vurğulanıb ki, yaralı olan dörd sərnişinin vəziyyəti ağırdır.

Hindistanın baş naziri Narendra Modi ölən və yaralananların ailələrinə pul təzminat ödəyəcəyini açıqlayıb.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az