Tacikistan sakini yeni doğulan körpəsini sataraq pul qazanmağa çalışıb. Bu barədə “Halva.tj”
xəbər verir.
Hadisə Aşt rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə,
34 yaşlı çoxuşaqlı ana körpə üçün 15 min somoni (2400 man) pul istəyib.
Qadına qarşı azyaşlıların alveri maddəsi ilə cinayət işi açılıb. Məsul şöbənin əməkdaşları
hadisənin başvermə şəraitini araşdırır.
Araşdırma zamanı məlum olub ki, qadın 4 dəfə ailə qurub və bu kişilərdən 5 uşaq dünyaya
gətirib. Bunlardan yalnız kiçik qızını təkbaşına böyüdür, bir uşaq övladlığa götürülüb, daha ikisi
isə internatdadır. Beşincisini uşağın atasının ailəsinə verib, lakin bir anda qohumlarına müraciət
edərək onun əvəzində pul almağa çalışıb.
Bundan əvvəl Moskvada 3 qadın ticarət mərkəzlərindən birində uşaq satdıqları üçün
saxlanılıblar. Alıcı himayəli hərəkət edib və şübhəlilər 65 min rubla (1230 manat) uşağı ona
verən kimi qadınlar saxlanılıb.
Bundan əvvəl Özbəkistanda körpəsini yeni ev almaq üçün satmaq istəyən ər-arvad mühakimə
olunublar.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































