77 yaşlı Elton Con yayda göz infeksiyası keçirdikdən sonra bir gözü qismən kor olub. Müğənni
bu barədə “İnstaqram”dakı bloqunda məlumat verib .
“Yayda kəskin göz infeksiyası keçirdim, bundan sonra təəssüf ki, bir gözümlə yalnız qismən
görə bilirəm. Mən yaxşılaşıram, amma proses çox ləng gedir”, - deyə Elton Con yazıb.
Sənətçi evdə xəstəlikdən sonra yavaş-yavaş əvvəlki halına qayıtdığını deyir. Onun sözlərinə
görə, müalicə nəticə verir və zaman keçdikcə yaxşılaşır.
Keçən ilin iyul ayında Elton Conun 2018-ci ildə başlayan vida turu başa çatdı. Konsertdə
müğənni 23 mahnı ifa edib. Sənətçinin son turu tarixin ən gəlirli turu oldu. Son turun başa
çatmasına baxmayaraq, Elton Con fərdi konsertlərin mümkünlüyünü istisna etmir.
2024-cü ilin yanvarında məlum oldu ki, Elton Con 20-dən çox ölkədə 330 konsert verdiyi vida
turu haqqında kitab buraxmağa hazırlaşır.Memuarı bu ilin sentyabrında çıxacaq.
Yeri gəlmişkən, Elton Con 50 illik karyerası ərzində 300 milyondan çox vinil disk satıb, 52 sinql
Britaniyanın ilk 40-lığında yer alıb. Musiqiçi kommersiya baxımından ən uğurlu ifaçılardan
biridir. Sənətçinin 23 sinqlı Amerikanın ən yaxşı 40-ına daxil olub.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































