Kamçatkada bir gün əvvəl Vaçkajets vulkanı ərazisində yoxa çıxan Mi-8 helikopterinin
qalıqlarını tapıblar,-bu barədə yerli Fövqəladə Hallar Nazirliyindən xəbər verilir.
Helikopterin qalıqları təxminən ekipajın sonuncu dəfə əlaqə saxladığı yerdə havadan aşkar
edilib.”RİA Novosti” mənbəsi qeyd edib ki, qəza yerinə gələn xilasedicilər hələlik piyada yolla
helikopterə çata bilmirlər.“Çox güman ki, zəif görmə (pis hava şəraiti) səbəbindən helikopter
təpəyə çıppılıb, ilkin olaraq orada olan hər kəs həlak olub”,-o deib.
Mi-8-in göyərtəsində 22 nəfər - üç ekipaj üzvü və 19 sərnişin olub.“TASS” əməliyyat
xidmətlərindəki mənbəyə istinadən xəbər verir ki, qəzadan heç kim sağ qalmayıb.
“Vityaz-Aero” aviaşirkətinin vertolyotu Vaçkajets vulkanı - Nikolaevka kəndi marşrutu üzrə
hərəkət edib.O, vulkandan 19 nəfərlik turist qrupu götürməli idi, lakin Moskva vaxtı ilə səhər
saat 7 radələrində (yerli vaxtla 16:00) ekipajla əlaqə saxlamaq mümkün olmayıb.
Fövqəladə Hallar Nazirliyi mütəxəssislərlə birlikdə qəza yerinə əlavə helikopter
göndərib.İstintaq Komitəsi yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması
(Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi) maddəsi ilə araşdırmaya başlayıb.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































