Namibiyanın Ətraf mühitin mühafizəsi Nazirliyi Afrikanın cənubundakı quraqlıqdan əziyyət
çəkən insanlara ət paylamaq üçün 83-ü fil olmaqla 723 vəhşi heyvanı öldürməyi planlaşdırır. Bu barədə “Reuters” nazirliyə istinadən məlumat yayıb.
Ovlama ölkənin milli parklarında, eləcə də səlahiyyətlilərin fikrincə, məməlilərin sayının otlaq
və su mənbələrinin həcmindən çox olduğu ərazilərdə aparılacaq. Mütəxəssislərin fikrincə, fillərin ən böyük populyasiyası Namibiyada (eləcə də Zimbabve,
Zambiya, Botsvana və Anqolada) yaşayır - cəmi 200 min fərd.
İnsanların həyatını xilas etmək üçün səlahiyyətlilər 30 begemot, 60 camış, 50 impala, 100 mavi qnu, 300 zebra və 100 kanna antilopunu vurmaq niyyətindədirlər.
Dəqiqləşdirilir ki, ovçular və dövlətə işləyən təşkilatlar artıq 157 baş vəhşi heyvanı güllələyib, 56,8 tondan çox ət əldə ediblər.
Cənubi Afrika son onilliklərin ən güclü quraqlığı ilə üzləşib və BMT-nin məlumatına görə,
keçən ay Namibiyanın ərzaq ehtiyatlarının 84%-ni tükənib.
Almaz Həsənli
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































