İslandiyada buz mağarasının çökməsi nəticəsində bir turist ölüb, daha ikisi itkin düşüb.
“Sky News”-un yerli polisə istinadən verdiyi məlumata görə, 25 nəfərlik turist qrupu ölkənin
cənubundakı Breyoamerkuryekyudl buzlağında mütəşəkkil turda olarkən mağaranın içərisindəki
buz divarı uçub.
"Qəza baş verən zaman bir neçə millətdən olan 25 xarici turistdən ibarət qrup buz mağarasını
öyrənməklə məşqul idilər", - polis bildirib.
Buz altında qaldığı ehtimal edilən iki xarici turisti xilas etmək üçün 200-ə yaxın adamın iştirak
etdiyi çətin kompleks əməliyyat davam edir.
Ağır xəsarətlər alan daha bir turist helikopterlə xəstəxanaya çatdırılıb. Xəstənin vəziyyətinin
stabil olduğu bildirilir.
Bələdçilərin sözlərinə görə, Breyoamerkuryekyudldakı mağara dayazdır, 5 m-dən çox deyil və
əvvəllər orada heç bir təhlükəsizliklə bağlı problem olmayıb.
İslandiya polisi baş vermiş hadisəni qəza kimi araşdırır.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































