Islam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, may ayında qəzaya
uğrayan İran prezidentinin olduğu helikopterin göyərtəsində həddindən artıq yüklənməsi ilə bağlı
xəbər doğru deyil.
"Fars” agentliyinin helikopterin qəzaya uğramasının amillərindən birinin təhlükəsizlik
protokollarına zidd olaraq daha iki sərnişinin göyərtədə olması, helikopterin lazımi hündürlüyü
əldə etmək gücünə malik olmaması barədə məlumatı yalandır",-deyə Rusiyanın “TASS”
agentliyi Baş Qərargahın bəyanatından sitat gətirib.
Belə olan halda üç ay əvvəl baş vermiş fəlakətin əsl səbəbi nədir, İran hərbçiləri məlumat
vermirlər.
“Fars” bu məlumatların təhlükəsizlik sahəsində məlumatlı mənbə tərəfindən verildiyini
dəqiqləşdirib.
Agentlik xatırladır ki, Baş Qərargahın özü hələ may ayında iki hesabatda helikopterin
qalıqlarında güllə və ya partlayış izlərinə rast gəlinmədiyini, avadanlıqda isə radioelektron
mübarizə vasitələrinin təsiri izlərinin aşkar edilmədiyini açıqlamışdı.
Almaz Həsənli
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































