Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
”Hyundai” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.
Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini, 2006-cı il təvəllüdlü Qənbərli Əli Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır.jpg)























































