Komidən olan qız ad gününü Kirov şəhərində paraşütlə tullanma ilə qeyd etmək qərarına gəlib.
İyulun 27-də aerodroma gəlib və təyyarəyə minib. Onunla birlikdə daha iki nəfər də olub. Ancaq yalnız ad günü olan qızın paraşütü açılmayıb.
Üstəlik, sonradan məlum olduğu kimi, heç biri açılmayıb - nə əsas, nə də ehtiyat. Bir neçə dəqiqə qız şaquli vəziyyətdə yerə yıxılib.Yıxılarkən ağaclar bir qədər zərbənin yumşaldılmasına imkan verib - paraşütçü ağcaqayın ağacına yıxılıb. Amma nəticədə o, çox ağır
yaralanıb.
“Baza” Telegram kanalınin verdiyi məlumata görə, həkimlər onun vəziyyətini iki həftə sabitləşdirməyə çalışsalar da, avqustun 12-də qız vəfat edib. Qadının yaralarının çox ciddi olduğu ortaya çıxıb.
Almaz Həsənli
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































