Xızı rayonu, Tıxlı kənd orta məktəbində qadın müəllimi döyən keçmiş şagirdinə hökm oxunub.
Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə 2003-cü ildə Xızı baş verib.
Tıxlı kəndində doğulmuş Nemət Məmmədov (ad-soyad şərtidir) hərbi xidmətdən yeni qayıdan kimi məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən Gülşən adlı müəllimi döyüb. Nemət məktəbi bitirdiyi vaxt həmin müəllim ona "3" yazıb.
O, əsgərlikdən qayıtdıqdan sonra müəllimdən qisas almaq qərarına gəlib. Nemət məktəbə gedərək, Gülşən müəllimi idman zalına çağırıb və ağzından tutaraq onu boğmağa çalışıb. Bu zaman müəllim ona müqavimət göstərə bilib.
Şagird və müəllim heyəti hadisə yerinə gələndən sonra Nemət məktəbin pəncərəsindən qaça bilib.
Məhkəmədə Nemət bildirib ki, Gülşən müəllim ona dərs keçdiyi müddətdə qiymətini kəsərək, "3" verib. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra niyə ona "3" yazdığını aydınlaşdırmaq üçün 5 iyun 2023-cü il tarixdə məktəbə gedib və hadisəni törədib.
Məhkəmənin qərarı ilə Nemət Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və bir il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Hadisəyə görə dərin psixoloji sarsıntı keçirən Gülşən müəllim 7 il fəaliyyət göstərdiyi məktəbdən ayrılıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































