Qusar rayonunun Aşağı Ləgər kəndində toy zamanı 5 nəfər qidadan zəhərlənib.
Modern.az-ın məlumatına görə, toydan sonra özlərini pis hiss edən şəxslər Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.
AQTA-dan bildirilib ki, Qusar rayonunda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus Qusar rayonu, Aşağı Ləgər kəndində həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin araşdırmalara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək".
Rayon İcra Hakimiyyətinin Aşağı Ləgər kənd nümayəndəliyindən saytımıza verilən məlumata görə, zəhərlənən şəxslərin vəziyyəti yaxşıdır. Bildirilib ki, zəhərlənməyə səbəb qonaqlara təqdim edilən paytaxt salatı olub.
Azərbaycanpolisi.az
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































