Dağıstanın Kaspiysk şəhərində xüsusi tədbirlər keçirilir.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə danışıb.
“Kaspiyskdə xüsusi tədbirlər keçirilir. Lenin küçəsində yerləşən yaşayış binasının sakinləri təxliyə edilib”, - agentliyin həmsöhbəti bildirib.
Sosial şəbəkələrdə yerli qruplarda sakinlər bildirirlər ki, naməlum şəxslər mənzillərdən birində barrikada quraraq, partlayışla hədələyirlər.
Kaspiyskdə yaşayış binasında axtarış aparılıb, orada əldəqayırma partlayıcı qurğunun olması barədə məlumat yoxlanılıb.
Regional hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, bina sakinləri təxliyə edilib.
Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva özünün "Telegram" kanalında bildirib ki, evdə barrikadada olan insanlarla bağlı məlumat həqiqətə uyğun deyil.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































