Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmov yol-nəqliyyat hadisəsi zamanı faciəli şəkildə həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, Qaxın Qorağan kəndindən olan Seydullah Məhərrəmov Vətən müharibəsində də iştirak edib.
O, Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Bu barədə məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənərək qeyd edilib ki, "Azərbaycan Ordusunun zabiti Seydullah Sadiq oğlu Məhərrəmovun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































