Abşeron rayonunun Hökməli qəsəbəsində ikimərtəbəli evdə yanğın olub. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































