Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, İmişli rayon sakini, 1976-cı il təvəllüdlü Qasımov Elşən Məhəmmədəli oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən arxadan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə E.Qasımov hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































