İyunun 11-də axşam saatlarından yağmağa başlayan güclü yağış və əsən külək Göyçayda bır sıra fəsadlar yaradıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində əsən güclü külək irigövdəli ağacları aşıraraq avtomobillərin intensiv hərəkət etdiyi yollarda sürücülər üçün çətin anlar yaşadıb.
Yağışın və küləyin yaratdığı fəsadlar əsasən rayonun Rəsulzadə və Natəvan küçəsində özünü daha çox büruzə verib.
Belə ki, adları çəkilən küçələrədə irigövdəli ağaclar aşaraq şəhərin elektrik təsərrüfatına xeyli ziyan vurub. Hazırda şəhər ərazisinin işıqlanmasında və fərdi evlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan başqa, yağan güclü yağış nəticəsində rayon ərazisindən keçən suvarma arxları da daşaraq şəhər ərazisində subasmaya səbəb olub.
Aidiyyəti qurumların əməkdaşları yaranmış fəsadların aradan qaldırılması istiqamətinə zərurui işlər həyata keçirirlər.
Azərbaycanpolisi.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































