Yevlaxda 20 yaşlı şəxs özündən dörd yaş böyük olan həmyerlisini qətlə yetirib. Dəhşətli hadisə şadlıq saraylarından birində keçirilən toy məclisində baş verib. Qohumlarının toyuna gedən 24 yaşlı Elmir Abuşov məclisdə 20 yaşlı Tahir Abdullayevlə mübahisə edib. Tərəflər arasında mübahisə qanlı sonluqla bitib. Tahir Elmirə kəsici-deşici alətlə ağır xəsarət yetirib.
Elmir Abışov xəstəxanaya aparılarkən dünyasını dəyişib. Qətlə yetirilən 24 yaşlı şəxs ailəli olub və onun iki azyaşlı övladı var.
Hadisə ilə bağlı oxu.az-ın məlumatında qeyd edilir ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































