Qardaş Türkiyədə Trabzon şəhərinin Beşikdüzü avtovağzalında bir şəxsin əşyalarında axtarış aparan polislər şüşə qabda piton ilanı ələ keçiriblər. Məlumatı Oxuməni.az xəbər portalı paylaşıb.
Polislər anonim zəng əsasında avtovağzalda gözləyən bir adamın əşyalarında axtarış ediblər. Axtarış zamanı həmin şəxsin üzərində daşıdığı şüşə qabda piton ilanı və qəfəsdə 2 göyərçin olduğunu görüblər.
Nəsli kəsilməkdə olan piton ilan Trabzondakı heyvanxanaya təhvil verilib. Saxlanılan şəxs isə heyvanxanada çalışdığını və piton ilanından şou məqsədilə istifadə etdiyini, lakin heyvanı özü ilə aparmaq üçün heç bir sənədi olmadığını bildirib. Sonda saxlanılan şəxs müvafiq qanuna uyğun olaraq 16 min 644 lirə cərimə olunub…
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































