57 nəfərin həlak olduğu təyyarə qəzası

57 nəfərin həlak olduğu təyyarə qəzası

Boğaziçi Universitetinin professoru Engin Arık kimi elm adamları da daxil olmaqla 57 nəfərin həyatını itirdiyi 2007-ci ildə İspartadakı təyyarə qəzası ilə bağlı yenidən mühakimə olunan müttəhimlərə verilən cəzalar Yargıtay 12-ci Cəza Dairəsi tərəfindən təsdiqlənib. İki şübhəliyə verilən 5 il 10 ay həbs cəzalarının təsdiqi ilə 17 ildən sonra iddiaya xitam verilib. Hadisəni Oxuməni.az paylaşıb.

30 noyabr 2007-ci ildə İspartada qəzaya uğrayan «Atlasjet» təyyarəsi ilə bağlı iş 17 ildən sonra bağlanıb.

Xatırladaq ki, 30 noyabr 2007-ci ildə İstanbuldan İspartaya gələn «Atlasjet Aviation Inc» sərnişinlərini daşıyan «World Focus Air Transportation Inc»-ə məxsus sərnişin təyyarəsi İspartanın Keçiborlu rayonu yaxınlığındakı Türbetəpə məntəqəsində qəzaya uğramış, 7-si ekipaj olmaqla 57 nəfər həlak olmuşdur.

Təyyarə qəzası ilə bağlı mülki iddia 2009-cu il iyunun 16-da açılıb. 28 iyul 2009-cu il tarixində İsparta Ağır Cəza Məhkəməsində «World Focus Airlines»-də çalışan bəzi yüksək rütbəli və texniki personalın da olduğu 10 nəfərin mühakimə olunacağı işin ilk iclası keçirilib. Proseslər zamanı müttəhimlərin sayı əvvəlcə 12, sonra isə 20-yə yüksəlib.

İsparta 1-ci Ağır Cəza Məhkəməsi 6 yanvar 2015-ci ildə hökmünü açıqlayıb. Məhkəmə şübhəlilərdən 8-nə 11 il 8 aydan 1 il 8 aya qədər həbs cəzası verib. 12 müttəhim isə bəraət alıb…

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az