Qazaxıstanın cənubunda Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib. İnsanlar özlərini küçələrə atarkən, Almatıda xəbərdarlıq siqnalı verilib. Hadisədən sonra insan tələfatı qeydə alınmasa da, ölkədə dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində işlərə başlanılıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11.22-də baş verib. Məlumatı Oxuməni.az paylaşıb.
Almatıda zəlzələ zamanı xəbərdarlıq siqnalı verilərkən, Almatı Fövqəladə Hallar İdarəsinin verdiyi açıqlamada küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edilib.
Açıqlamada can itkisinin olmadığı və zərərlə ilə bağlı məlumat toplama işlərinin davam etdiyi bildirilib. Digər tərəfdən zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































