Alessandra Mussolini, hücuma məruz qaldıqdan sonra ona qarşı həddindən artıq zorakılıq olduğunu söyləyib.
İtalianın Avropa Parlamentindəki nümayəndə heyətinin vitse-prezidenti Alessandra Mussolini Strasburqda hücuma məruz qaldığını açıqlayıb.
Sosial media hesabında paylaşım edən Mussolini bir italyan tərcüməçi tərəfindən təhqirlərə və fiziki hücumlara məruz qaldığını bildirib. Məlumatı Oxuməni.az yayıb.
Yemək yeməyə çıxanda hücuma məruz qaldığını deyən italiyalı qadın deputat başına gələnləri belə izah edib:
"İtalyanca danışan bir adam mənə hücum etdi. O, vəhşicəsinə təhqirlər yağdırdı. Əində bir növ qoltuqağacı var idi, onu kürəyimə və çiyinlərimə atdı".
Daha sonra hadisənin təfərrüatlarını mətbuata açıqlayan Avropa Parlamentinin üzvü, "Parlamentinin iclası yenicə başa çatmışdı. Köməkçimlə küçədə gəzirdim. Soyuq olduğu üçün kapüşon geyinmişdim. Birdən qırx yaşlarında bir adam qarşımıza çıxdı. İtalyan idi, bilirəm, çünki o, məni şiddətlə təhqir etməyə başladı. O, "pislik..., faşist" və buna bənzər sözlər kimi pis ifadələr işlətdi" deyə Mussolini bildirib.
Hücumun siyasi motivli olduğunu iddia edən Mussolini, fiziki zorakılıq olsa da, şikayət etməyəcəyini söyləyib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































