Filippinin San Xose del Monte şəhərində kilsənin ikinci mərtəbəsinin uçması nəticəsində 1 nəfər ölüb, 52 nəfər isə yaralanıb. Oxuməni.az yerli televiziya kanalı «GMA News»-ə istinadən məlumat verir ki, insident çərşənbə günü səhər, fevralın 14-də kilsə mərasimi zamanı baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, kilsənin ikinci mərtəbəsi ağacdan tikilib və bu tikili illər ərzində köhnəlib. Tavan altında insanlar düzüldükcə tavan uçub. Zərərçəkənlərin əksəriyyəti yüngül xəsarətlər alıb.
Kilsə şəhər mühəndisləri və tikinti rəsmiləri tərəfindən vəziyyətin qiymətləndirilməsinə qədər bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Xatırladaq ki, fevralın 11-də Orenburq vilayətinin Donskoye kəndində məktəbdə idman zalının da tavanı uçub. Zərər yoxdur. İlkin məlumata görə, çökməyə səbəb damda yığılan qar olub.
Fevralın 10-da isə oxşar hadisə Adıgey Respublikasının kənd məktəbində baş verib. Orada dərs zamanı məktəbin tavanı uçub. Hadisə zamanı bir şagird yaralanıb və xəstəxanaya yerləşdirilib.
Azərbaycanpolsi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































