Pis hava şəraiti nəticəsində Rusiyanın bir sıra regionlarında 100 mindən çox insan elektrik enerjisindən məhrum olublar. Bu barədə oxuməni.az Rusiya Energetika Nazirliyinin Telegram kanalına istinadən məlumat yayıb.
Departamentin Moskva vaxtı ilə saat 7.00-a verdiyi məlumata görə, pis hava şəraiti ilə əlaqədar Rusiyanın üç regionunda elektrik enerjisinin verilişində fasilələr yaranıb.
“Əlaqə kəsilmiş istehlakçıların sayına görə, Rostov vilayəti – 52,3 min nəfər, LPR – 41,9 min nəfər, Volqoqrad vilayəti – 11,5 min nəfər”, – deyə hesabatda qeyd olunub.
Eyni zamanda, Həştərxan vilayətində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Xatırladaq ki, ötən gün Rusiyanın bir sıra bölgələrində şaxtalı sulu qar yağıb. Volqoqrad vilayətinin bir sıra məktəblərində güclü buzlanma səbəbindən dərsləri ləğv etmək və şagirdləri distant təhsil formatına keçirmək qərarına gəliblər. Bundan əlavə, təhlükəsizlik məqsədilə Elanski rayonunda bir neçə avtobus marşrutu ləğv edilib.
Rostov vilayətindəki məktəb şagirdləri də distant təhsilə keçirilib. Orada 235 yaşayış məntəqəsində 397 elektrik xəttinin dayanması qeydə alınıb.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































