İstanbulun Ahırkapı Ankorajında lövbər salan yük gəmisi konteyner gəmisinə çırpılıb. Hadisə zamanı maddi ziyan dəysə də, can itkisi, xəsarət alan və ətraf mühitin çirklənməsi olmayıb. Qəza ilə bağlı Sahil Polisi Baş İdarəsindən verilən açıqlamada gəmilərə maddi ziyan dəydiyi, xəsarət alan və can itkisinin olmadığı bildirilib.
Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinin sosial media hesabından edilən açıqlamada, 138 metr uzunluğundakı "VOLGO DON 207" adlı ümumi yük gəmisinin 147 metrlik "ASTRID L" adlı uzun konteyner gəmisinə çırpıldığı bildirilib. Hadisə gəmilərin lövbər saladığı zaman baş verib.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































