Moskvanın şimalında yük maşınından konteyner aşıb və təzyiqin azalması səbəbindən xlorid turşusu sızması baş verib. Bu barədə “Moskovski Komsomolets” xəbər yayıb.
Xəbərə görə, Leninqradskoye şossesinin 25-ci kilometrliyində Sankt-Peterburqdan hərəkət edən "Volvo" markalı yük avtomobilindən 17 tonluq konteyner aşıb. Hadisədən sonra konteynerdəki təzyiq azalıb və və xlorid turşusunun sızmasına səbəb olub. Konteyner aşarkən yük maşınının yanacaq çənini də sıradan çıxarıb.
Hadisədən sonra mütəxəssislər havada zərərli maddələrin həddindən artıq konsentrasiyasını qeydə alıblar. Hazırda baş verənlərin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































