Lənkəranda avtomobil ağaca çırpılıb.
Report xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib.
Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































