Phuket adası yaxınlığında göyərtəsində altı rus turist, ekipaj üzvləri və üç Tailand vətəndaşı olan yaxta batıb. "Panwa Princess" gəmisi çox çətinliklə olanların köməyinə gəlib və hamı xilas edilib. "Shot" teleqram kanalı yazır ki, “Martini adlı yaxta Phuket adasına səyahətə çıxıb. Yaxtada doqquz nəfər olub: Altı Rusiya vətəndaşı və üç Tailand vətəndaşı (kapitan və ekipaj üzvləri). Yaxta mühərrik bölməsindəki borulardan birində qırılma səbəbindən batmağa başlayıb”.
Hadisə şahidləri boğulanları xilas ediblər. Ölən və yaralananlar olmayıb. Su polisi araşdırmalara başlayıb.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































