Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsi Tokionun Haneda hava limanında uçuş-enmə zolağında yanıb. İlkin məlumata görə, o, hava limanı üzərində səmada sahil mühafizəsinin hərbi-nəqliyyat təyyarəsi ilə toqquşub.
Təyyarə ölkənin şimalındakı Sapporo şəhərindən Tokioya uçurdu. Alov eniş anında baş verib. Təyyarənin qanadları və gövdəsi ciddi şəkildə yanıb, mühərriki isə yerdə qalıb.
Təyyarədə 379 sərnişin və ekipaj üzvü olub. Onların hamısının təxliyə edildiyi bildirilir.
Yaponiya Sahil Mühafizəsi toqquşma nəticəsində hərbi nəqliyyat təyyarəsinin beş ekipaj üzvünün həlak olduğunu və pilotun ciddi xəsarətlərlə təxliyə edildiyi bildirilib.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































