Cənubi Koreyanın paytaxtı Seulun cənubunda çoxmərtəbəli binada baş verən yanğında 2 nəfər ölüb, 29 nəfər yaralanıb. «Yonhap» xəbər agentliyinin məlumatına görə, yerli vaxtla səhər saatlarında Dobonq rayonunda 23 mərtəbəli binanın üçüncü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Ürəyinin dayandığı müəyyən edilən 30 yaşlarında iki kişi və 70 yaşlı qadın ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Xəstəxanada iki kişi dünyasını dəyişib, yaşlı qadının müalicəsi isə davam edir.
Binada olan 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Yanğınsöndürənlərin 3 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb. 200 nəfərin təxliyəsi barədə göstəriş verilib.
Binada 17 mənzilə ziyan dəyib. Polis və yanğınsöndürənlər hadisənin səbəbinin araşdırıldığını bildiriblər.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































