Almatıda qadın avtobus sürücüsünü vuran sərnişin həbs edilib. Bu barədə şəhərin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
“Dekabrın 24-də məhkəmənin qərarı ilə ibtidai istintaq orqanının vəsatəti təmin edilib və şübhəli şəxs barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi sanksiyalaşdırılıb”, - məlumatda deyilir. deyir.
Bundan əvvəl sərnişinə qarşı iki maddə ilə cinayət işi açıldığı bildirilib:
Dekabrın 22-də axşam saatlarında Almatıda 7 saylı şəhər xəstəxanasının qarşısında sərnişin avtobusu dayanacaqda dayanan insanlara çırpılıb və dayanacaqda olan 4 avtomobillə toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya səbəb sərnişinlə qadın sürücü arasında dava olub: avtobus hərəkətdə olarkən kişi sürücünü vurub, qadın huşunu itirib, bundan sonra idarəetmədən çıxan avtobus insanları vurub.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































