Bişkekdə Tınıstanova küçəsində Türkiyə səfirliyinin yaxınlığında avtomobil partlayıb. Bu barədə hadisə şahidləri sosial şəbəkələrdə məlumat veriblər.
Türkiyənin Bişkekdəki səfirliyi yaxınlığında baş verən partlayışın terror aktı ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İdarədən verilən məlumata görə, “Mazda Demio” markalı avtomobil Tınıstanova küçəsi ilə hərəkətdə olarkən tüstülənməyə başlayıb. Sürücü kabinəni tərk edib, bundan sonra avtomobil yanıb.
Yanğınsöndürənlər gələnə qədər hadisə şahidləri yanğını söndürməyə kömək ediblər. Hadisə nəticəsində avtomobil tamamilə yanıb. Ölən və yaralananlar olmayıb.
Qeyd edək ki, daha əvvəl hadisə şahidləri bir neçə partlayış səsi eşitdiklərini, daha sonra avtomobilin alovlandığını bildirmişdilər.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































